image-qanunla-reklam
image-resize_3e30119ebcceb43bf1cd5cca25368d05

Paytaxt Bakımız müasirliklə qədimliyi tamamlayır

image-lady-day-az

Paytaxt Bakımız müasirliklə qədimliyi tamamlayır

Dünyada tanınan elm, mədəniyyət elitasının iştirak etdiyi forumlarda, dialoqlarda iştirak edən qonaqlar qitələri birləşdirən Azərbaycanı müxtəlif mədəniyyətlərin, dinlərin dialoq mərkəzi kimi dəyərləndirirlər. Ölkəmizə beynəlxalq baxış belədir: Avropadan Azərbaycana baxdıqda bəzi hallarda Asiya ölkəsi, Asiya tərəfindən baxdıqda isə Avropa ölkəsi kimi təqdim edilir. «Neft kapitalının insan amilinə çevrilməsi» çağırışına uyğun inkişafda olan Azərbaycan daim yeniləşən, müasirləşən ölkədir. Təbii ki, bu inkişaf paytaxt Bakı ilə yanaşı, bölgələri də əhatə edir. «Bakının özünəməxsus, spesifik aurası, tarixi, tarixi siması vardır» söyləyən Prezident İlham Əliyevin təsdiqlədiyi «Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrası nəticəsində paytaxt Bakımız müasirliklə qədimliyi tamamlayır.

«Şərqin Parisi» adlandırılan Bakının yeni rəmzləri olan, adı dünya memarlıq inciləri ilə bir sırada çəkilən Heydər Əliyev Mərkəzi, «Alov qüllələri», «Ağ şəhər», «Bakı Kristal Sarayı» və başqaları Azərbaycanın inkişaf dinamikasını göstərən abidələrdir. İlk Avropa Oyunlarına hazırlıq mərhələsində Böyük Olimpiya Stadionu, Heydər Əliyev adına İdman Sarayı, Bakı Su İdman Sarayı kimi obyektlərin açılması paytaxtımıza əlavə gözəllik bəxş edir.

«Bakı və Bakıətrafı qəsəbələrin inkişafına dair Dövlət proqram»larının uğurlu icrası nəticəsində modernləşən, qədimliyi ilə müasirliyin vəhdətini yaradan Bakı turizmin inkişafı baxımından da diqqətçəkəndir. Sadalanan uğurlar bu reallığı təsdiqləyir ki, cənab İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı müasirləşdirmək, dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımlamasına nail olmaqdır.

Son 18 ildən artıq dövrdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri şəhər sakinlərinin, qonaqların, turistlərin istirahəti üçün salınan parklar, qədim memarlıq abidələrinin bərpası və təmiri Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında «Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir» fikirləri ilə paytaxt Bakının keçdiyi inkişaf yolunun aydın mənzərəsini təqdim etmişdir.

Bu gün paytaxt Bakı ilə yanaşı, hazırkı dövrdə əsas prioritet məsələ olan işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulmasından da bəhs edirik. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra qarşıda dayanan əsas vəzifələrdən biri 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışlarının təmin edilməsidir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»”də qarşıdakı dövr üçün prioritetlər və onların icra mexanizmləri öz əksini tapıbdır.

 

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki