image-qanunla-reklam
image-ilham2_51656488426

İşğaldan azad edilmiş ərazilərimiz şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevrilir

image-lady-day-az

İşğaldan azad edilmiş ərazilərimiz şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevrilir

 

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasındakı videoformatda nitqində bu məqamı da xüsusi diqqətə çatdırdı ki, Azərbaycan qurumun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır

«Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.» Dövlət başçısı İlham Əliyev iyunun 27-də Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun «Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək» mövzusunda 11-ci sessiyasında videoformatdakı çıxışı zamanı həm paytaxt Bakımızın, həm də hazırda bərpa-quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərimizin timsalında müasirliklə qədimliyin sintezinin yaradılmasını əsaslı şəkildə diqqətə çatdırdı.

Paytaxt Bakımız hər zaman gözəlliyi, müasirliklə qədimliyin vəhdətini yaratması ilə göz oxşayıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə sabitliyin bərpası ilə iqtisadi durumun yaxşılaşdırılması istiqamətində atılan addımlar ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına, Azərbaycanın böyük investisiyalar məkanına çevrilməsinə səbəb oldu. Yaradılan möhkəm təməl 2003-cü ildən bu günədək islahatlar prosesinin dərinləşməsinə geniş imkanlar yaratdı. Dövlət başçısı İlham Əliyevin yeniliyə, təkmilləşməyə marağı atılan hər addımda öz təsdiqini tapdı. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşdı. Bu islahatlar ölkənin siyasi, iqtisadi qüdrətinin yüksəlməsini təmin etdiyi kimi, paytaxtımızın, şəhər və kəndlərimizin simasının dəyişilməsinə də töhfəsini verir. Dünyanın aparıcı dövlətlərinin, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında paytaxt Bakımız füsunkar gözəlliyi ilə liderliyini qoruyur. Belə ki, dünyanın “Ən yaşamalı şəhərlərinin” reytinq cədvəl və hesabatında yer alan ölkələr arasında Bakının adının çəkilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafın, islahatların məntiqi nəticəsidir. Cənab İlham Əliyevin «Mən demişəm, bir daha demək istəyirəm ki, vaxt gələcək deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir»” sözləri günümüzün reallıqlarında öz əksini tapıb. Hesabatlarda bu fikirlər də xüsusi qeyd edilir ki, Azərbaycan təkcə enerji resurslarının zənginliyi ilə deyil, tarixi, milli-mənəvi dəyərlərə bağlılığı, həm də beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi ilə dünyanın diqqətindədir.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki