image-qanunla-reklam
image-1656267746_whatsapp-mage-2022-06-26-at-21_47_16-1

“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək ” İctimai Birliyi ” Qəhrəmanlarla görüş ” adlı tədbir keçirib- FOTOLAR

image-lady-day-az

“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin təşəbbüsü və təşkilatçılığı ilə  26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr edilmiş “Qəhrəmanlarla görüş” adlı tədbir keçirilib.

Bu barədə Oxuinfo.az-a “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyindən məlumat verilib.

Öncə Ümummilli lider Heydər Əliyevin möhtəşəm büstü, daha sonra şəhidlər xiyabanında dəfn edilmiş şəhidlər ziyarət olunub.
Tədbirdə  Vətən müharibəsinin qaziləri, Türkiyəli  İpekyolu Kamu diplomatasisi Təşkilatı Başqanı Dr. Seyfulla Türksoy,  şəhid ataları, KİV rəhbərləri,  Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyin idarə heyəti və fəal üzvləri iştirak edərək çıxış ediblər. Birliyin sədri Yasəmən Qəyyumlu tədbiri giriş sözü ilə açaraq,   26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri gününün yaranma tarixindən danışıb,  tədbirin məqsəd və mahiyyəti haqqında məlumat verib. Tədbiri keçirməkdə əsas məqsəd  Vətən müharibəsi zamanı bütün növ silahlardan istifadə edərək düşməni məğlub edən, iyirmi faiz torpaqlarımızı düşməndən azad edən və döyüş zamanı sağlamlığınının bir qismini itirən Vətən müharibəsinin qaziləri ilə görüşmək, onlarla həmsöhbət olmaqdır.
Birlik sədri çıxışı zamanı bildirib ki, Vətəndaş cəmiyyəti institu olaraq, vətəndaş cəmiyyətinə işgüzar fəaliyyətimizlə xidmət göstərərək öz töhvələrimizi verir, gələcəkdə daha böyük tədbirlər və layihələr həyata keçirməyi planlaşdırırıq. İctimai birlik olaraq əsas məqsədimiz diqqət və qayğıya ehtiyacı olan insanlara, şəhid ailələrinə və qazilərə hər tərəfli diqqət və qayğı göstərmək, onlara həm mənəvi, həm də gücümüz çatan qədər yardımçı olmaqdır.  Birlik sədri Yasəmən Qəyyumlu
Təşkilat adından dəvəti qəbul edib tədbirdə iştirak edən bütün qonaqlara təşkilatın bütün idarə heyəti adından   təşəkkür bildirib.
Tədbirin sonunda Vətən Müharibəsinin qəhrəmanları birlik  tərəfindən “Zəfər diplomu”  təltif olunublar.
















  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki