image-qanunla-reklam
image-6018df18160768803438962980011066117-1

Vətənpərvər Azərbaycan əsgəri

image-lady-day-az

Vətənpərvər Azərbaycan əsgəri

Uzun illər beynəlxalq təşkilatların sülh yolu ilə həll edə bilmədikləri, əslində isə həll etməyə borclu olduqları bu münaqişəni Azərbaycan öz gücü, səriştəsi hesabına həll etdi. Allah zəfərimiz yolunda canını qurban verən şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə isə şəfa versin. Qazi və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmaqla yanaşı dövlətimiz daim ordusunu gücləndirir.

Azərbaycan Silahlı Qüvvələri Vətənin keşiyində dayanaraq ölkənin təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünün qorunması təminatını ən yüksək səviyyədə həyata keçirir. Qalib Azərbaycan Ordusu həmişə xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək və Müzəffər Sərkərdəmiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin növbəti əmr və tapşırıqlarını yerinə yetirmək üçün hər an hazır olacaqdır.

Qürurverici haldır ki, müharibədə əsgərlərimiz mərdliklə, böyük ruh yüksəkliyi ilə döyüşdü. Azərbaycan Ordusu ədalətli mövqe və dönməz iradə nümayiş etdirərək işğala son qoydu. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Bu döyüşlər ordu ilə xalqın birliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Düşmənlə yanaşı, bütün dünya gördü ki, xalqımız öz ordusuna inanır, ordumuz isə xalqa arxalanır. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, öz missiyamızı başa vuraq.

Azərbaycan Ordusu daim  öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.

Yaşasan Müzəffər Ali Baş Komandan İlham Əliyev!, Yaşasın Xalq – Ordu biliyi!.

 

Bayramova Rəşanə – Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbinin direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki