image-qanunla-reklam
image-7d3f96ac29-heyder-eliyev-fenomeni

1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı

image-lady-day-az

1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı.

 

Əsası hələ 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

Tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə irəliyə doğru başlanan dönüş ordu quruculuğunda daha tez hiss olunmağa başladı. 1993-cü ilin payızında ulu öndər Heydər Əliyevin xalqa müraciətindən sonra Azərbaycan Ordusunun yaradılması istiqamətində başlanan işlər uğurla davam etdi. Qısa zaman kəsiyində müxtəlif təyinatlı hərbi birləşmələr formalaşdırıldı, cəbhədə döyüş əməliyyatlarının vahid komandanlıq əsasında hazırlanaraq həyata keçirilməsi və bunun nəticəsi olan uğurlar 1994-cü ilin əvvəllərində hiss edilməyə başladı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrdə çoxşaxəli islahatların aparılmasına geniş imkan yaratdı. Yeni formalaşdırılan ayrı-ayrı qoşun növlərinin hərbi nizamnamələrin tələblərinə uyğun idarə olunması, hərbi hissələrin təxribatçı ünsürlərdən təmizlənməsi Azərbaycan Ordusunu keyfiyyətcə yeniləşdirdi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı.

1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs haqqında razılaşma imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi. Uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusunun maddi-texniki təminatı getdikcə yaxşılaşdı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı daha da artdı, döyüş ruhu, qələbə ovqatı yüksəldi. Bu gün inamla demək olar ki, müasir, müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır.

Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit birliyə çevrilib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında – 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

Dünyanın hər bir xalqının öz xilaskar ordusu ilə öyünməyə, qürur duymağa haqqı var. Qəhrəman Azərbaycan xalqı da öz qüdrətli ordusu ilə öyünür və fəxr edir.

 

Rüxsarə Eminova – Zərdab rayon Körpükənd kənd tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki