image-qanunla-reklam
image-415298

Silahlı Qüvvələrimiz qürur mənbəyimiz, fəxr yerimizdir

image-lady-day-az

Silahlı Qüvvələrimiz qürur mənbəyimiz, fəxr yerimizdir

Bu gün qürurla deyə bilər ki, Silahlı Qüvvələrimiz öz peşəkarlığı, iradəsi və yüksək döyüş qabiliyyəti ilə dünya miqyasında ön sıralarda yer alır. Əlbəttə ki bu ölkəmizdə bütün sahələrdə o cümlədən hərbi sahəsində həyata keçirilən uğurlu və məqsədyönlü siyasətin nəticəsidir. Ötən dövr ərzində ordumuzun güclənməsi və möhkəmlənməsi üçün həyata keçirilmiş tədbirlər, Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və yüksək döyüş ruhu 27 sentyabr 2020-ci il tarixdən başlamış Vətən müharibəmizdə özünü açıq və aydın şəkildə biruzə verdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz haqq savaşımızda düşməni məğlub edərək, torpaqlarımızı işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Ölümün gözünə dik baxaraq düşmən üzərinə gedən qəhrəman vətən övladlarının şücaəti əks tərəfdə qorxu yaratmaqla onları rəzil duruma saldı. Haqq savaşımızda Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm bir tarix yazdı. O tarix ki hələ neçə illər, əsirlər sonra dünya hərb tarixinə nümunə olacaq. Hər bir Azərbaycanlının qürur mənbəyinə çevrilmiş şanlı qələbəmiz ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyin göstəricisi, gələcək nəsillər üçün örnək olmaqla tarixə qızıl hərflərlə yazıldı. Gününüz mübarək olsun Azərbaycanın qəhrəman övladları ! Ölkəmizin ərazi bütövlüyü uğrunda canını və qanını fəda etmiş bütün vətən övladlarının ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı arzu edirəm !

Ələkbər Kərimov

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki