image-qanunla-reklam
image-1606824904_parad-1

Milli Ordumuzun hərb tarixinə yazdığı Zəfər səhifəsi 104 illik yolun təqdimatıdır

image-lady-day-az

Milli Ordumuzun hərb tarixinə yazdığı Zəfər səhifəsi 104 illik yolun təqdimatıdır

Rəşadətli Azərbaycan Ordusu 104 yaşını qeyd edir. 104 ildə keçilən yolun təhlilinin ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimizdir. Artıq iki ildir ki, hər bir bayramı Qələbə ruhunda qeyd edir, işğala son qoyularaq ərazi bütövlüyümüzün təmin olunmasından,  milli qürurumuzun özümüzə qayıtmasından fərəh hissi keçiririk. Milli Ordumuzun hərb tarixinə yazdığı Zəfər səhifəsi  faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinə, siyasi, hərbi  terror aktlarına layiqli cavab oldu. Düşmən üzərində  Qələbəmizin müjdəsi olan Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun yenilməzliyini bütün dünyaya bəyan etdi. Bu Qələbə, ordumuzun Zəfər sevinci xalqımızın Müzəffər Sərkərdəsi,  Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birliyimizin ifadəsi idi. Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında qərarlaşması həm də iqtisadi qüdrətimizin göstəricisidir. Təsadüfi deyil ki, ordumuzun 44 günlük İkinci Qarabağ müharibəsində apardığı döyüş əməliyyatları beynəlxalq səviyyədə diqqətlə araşdırılır, dünyanın hərb tarixi dərsliklərinə salınmasının vacibliyi bildirilir.  Tarixi Zəfərimizdən böyük qürur hissi ilə bəhs edən Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin xalqa müraciətlərində, xarici mətbuata çoxsaylı müsahibələrində, beynəlxalq səviyyəli tədbirlərdəki hər bir nitqində  qeyd olunduğu kimi, çətin relyefə malik, sıldırım qayalarla əhatə olunmuş Şuşa uğrunda mübarizədə qalib gələn Azərbaycan Ordusunun döyüş təcrübəsi müstəsna hal, dünya hərb tarixində unikal əməliyyat adlandırılaraq beynəlxalq səviyyədə öyrənilir. Şuşa əməliyyatı bir dastana çevrildi.

Azərbaycanda  ordu quruculuğu istiqamətində aparılan islahatların məntiqi nəticəsi beynəlxalq təşkilatların açıqladığı statistik rəqəmlərlə də ifadə olunur: “Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti beynəlxalq səviyyədə etiraf edilir, Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşır. Ölkəmizdə keçirilən Beynəlxalq Müdafiə sərgiləri, Azərbaycan Silahlı Qüvvələri Günündə  hərbi paradlar ölkəmizin bu sahədə malik olduğu imkanların dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. Ordumuzun qüdrətinin beynəlxalq səviyyədə belə yüksək dəyərləndirilməsi təbiidir. Ermənistanı «məğlub edilmiş ölkə» adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, oğrular, əsgər yeməyini satanlar hesabına formalaşan Ermənistan ordusu fərarilərdən, qorxaqlardan ibarətdir.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki