image-qanunla-reklam
image-fb_img_1656144173650

“Şanlı Ordumuz qürurumuzdur”

image-lady-day-az

“Şanlı Ordumuz qürurumuzdur”

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin, Zərdab rayon Gənclər və İdman İdarəsinin və Gənclərin İnkişaf və Koryera Mərkəzinin Zərdab nümayəndəliyinin birgə təşkilatçılığı ilə 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunan “Şanlı Ordumuz qürurumuzdur” adlı tədbir keçirilib.
Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova, Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi Ələkbər Kərimov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin direktoru Vüsal Yusifov, rayonun təhsildə və ictimai işlərdə fəal iştirak edən gəncləri və digər çıxış edənlər Azərbaycanda Milli Ordu quruculuğunun tarixi kökləri, mərhələləri, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin əhəmiyyəti, Qarabağın 30 illik işğaldan azad olunmasının Azərbaycan tarixində yeri və rolu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbir iştirakçıları Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi Rəhim Hüseynovun Mərkəzdə təşkil olunmuş şəxsi əşyalarından ibarət guşə və Qarabağ uğrunda şəhid olmuş qəhrəman oğulların əziz xatirəsinə həsr olunan sərgi ilə də tanış olublar.
Tədbirdə gənc fəal Gülnur Tapdıqova Xalq şairi Zəlimxan Yaqubun ” Ordum varsa,yurdum var”şeirini səsləndirib. Tədbirin sonunda Silahli Qüvvələr Gününə həsr edilmiş videoçarx nümayiş olunub
Tədbir yüksək əhvali-ruhiyyə ilə başa çatıb.

image-fb_img_1656144114842 image-fb_img_1656144086199 image-fb_img_1656144089385 image-fb_img_1656144092473 image-fb_img_1656144095788 image-fb_img_1656144111286 image-fb_img_1656144118055 image-fb_img_1656144122749 image-fb_img_1656144126795 image-fb_img_1656144134202 image-fb_img_1656144139203 image-fb_img_1656144154579 image-fb_img_1656144168417 image-fb_img_1656144173650


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki