image-qanunla-reklam
image-1655803891438413423_1000x669

Özbəkistanın paytaxtı Daşkənddə Heydər Əliyev meydanının açılması  Azərbaycan xalqının Ümummilli liderinə dərin rəğbət və böyük hörmətin göstəricisidir

image-lady-day-az

Özbəkistanın paytaxtı Daşkənddə Heydər Əliyev meydanının açılması  Azərbaycan xalqının Ümummilli liderinə dərin rəğbət və böyük hörmətin göstəricisidir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfəri etmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev meydanının açılış mərasimində iştirak ediblər. Mərasimdə cənab Prezident çıxış edərək qeyd etmişdir :Bu gün mənim səfərim çox əlamətdar hadisədən – Daşkəndin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və gözəl parkın açılışından başlandı. Şavkat Mirziyoyev, mən Sizə atamın xatirəsinə belə münasibətə görə Azərbaycan Prezidenti kimi, Heydər Əliyevin oğlu kimi öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Biz bunu çox yüksək dəyərləndiririk. Biz gördük ki, Özbəkistanda Heydər Əliyevin xatirəsi necə sevgi ilə, necə hörmətlə yad edilir, bu, bizə çox xoşdur. Bu gün biz abidənin və meydanın açılışında çıxış etdik, Heydər Əliyev haqqında, onun Özbəkistana münasibəti haqqında danışdıq. Əminəm ki, bu gün bu münasibəti hər bir azərbaycanlı bölüşür. Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir. Səfər pandemiya ilə əlaqədar təxirə salınmışdı. Həmçinin onu diqqətlə hazırlamaq lazım idi ki, qardaşım Şavkat Mirziyoyevin dediyi kimi, sıçrayış edək. Fikrimcə, bu, həqiqətən sıçrayış xarakterli səfərdir. Çünki müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, bizim gəldiyimiz qərarlara əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.

Bahar Qurbanova

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo