image-qanunla-reklam
image-22d872a3-999e-44f8-aba3-3230b1e365a8_cx5_cy5_cw87_w408_r1_s

Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib

image-lady-day-az

Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycana xidmətə həsr edib

Ölkə başçısı cənab İlham Əliyevin 21 iyun 2022-ci il tarixdə Özbəkistan Respublikasına səfəri zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı çıxışında qeyd etdiyi kimi istər Sovet dönəmində olsun istərsədə müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev daim xalqının yanında olub. 1993-cü ilin iyunun 15 – də xalqın tələbli təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev müstəqilliyimizin ilk illərində Azərbaycanı böhran və tənəzzüldən xilas etdi. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Azərbaycanı sözün əsl mənasında ayrı-ayrı xarici qüvvələrin döyüş meydanına çevirmiş, ölkədə xaos və böhran son həddə çatmışdır.Beləliklə Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etməklə parçalanmaqda olan dövlətimizi qorumaqla Azərbaycanı və Azərbaycan xalqını təkrar müstəqilliyi itirmək təhlükəsindən qurtardı. Məhz həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevi Azərbaycan xalqı əbədiyaşar dahisinə çevirdi.

Bu gün Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı xalqımızın Ulu öndəri Heydər Əliyevin adı ilə bağlıdır.

Əvəz Soltanov

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo