image-qanunla-reklam
image-16558038902552344359_1000x669

Azərbaycan-Özbəkistan əlaqələri uğurla davam etdirilir

image-lady-day-az

Azərbaycan-Özbəkistan əlaqələri uğurla davam etdirilir

Bu gün müasir, müstəqil, uğurlu inkişaf yolunda inamla addımlayan ölkəmizin  türkdilli ölkələrlə əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2022-ci il tarixdə Özbəkistan Respublikasına dövlət səfəri də bu baxımdan əlamətdar olmuşdur. Səfər zamanı dövlət başçıları arasında aparılmış danışıqlar, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin və digər sənədlərin imzalanması   dövlətlərarası münasibətlərdə yeni səhifə açmaqla Azərbaycan- Özbəkistan əlaqələrinin, münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayacaqdır. Azərbaycan və Özbəkistanın türk dünyasının bir parçası kimi daha da yaxınlaşması, qarşılıqlı əlaqələrin daha da sıx olması Türk dünyasına verilən böyük töhfələrdən biridir.

Ələkbər Kərimov

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki