image-qanunla-reklam
image-f74195_3efd94710c9540de81486e0e0019ea2d_mv2

Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı

image-lady-day-az

Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı

 Azərbaycan Prezidentinin Özbəkistana səfəri olduqca mühüm hadisədir. Yüksək səviyyədə keçən səfər, Azərbaycan və Özbəkistan Prezidentlərinin görüşləri, aparılan müzakirələr, imzalanan sənədlər ölkələrimiz arasında çoxillik münasibətləri yeni mərhələyə çıxarır. Bu səfər heç şübhəsiz ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın gələcək inkişafı üçün olduqca əhəmiyyətlidir.

Cənab Prezident İlham Əliyevin Özbəkistanda böyük hörmət və ehtiramla, yüksək təntənə ilə qarşılanması, Ulu Öndər Heydər Əliyev adına parkın və büstün açılması ölkəmizə, xalqımıza, həmçinin dövlət başçımıza olan diqqətin, isti və səmimi münasibətin bariz nümunəsidir. Məlumdur ki, Sovetlər birliyi dağıldıqdan və Azərbaycanla Özbəkistan müstəqillik əldə etdikdən sonra hər iki ölkə arasında münasibətlərin dərinləşməsində Ümummilli Lider Heydər Əliyevin danılmaz xidmətləri olub. Sonrakı illərdə bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilib, dövlətlərarası münasibətlər daha da möhkəmlənib. Bu gün xalqlarımız arasında da yenilməz dostluq və qardaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bütün bunlar həmçinin Prezident İlham Əliyev və həmkarı Şavkat Mirziyoyevin şəxsi dostluq münasibətlərindən qaynaqlanır.Ən önəmli məqamlardan biri isə əlbəttə ki, xalqlarımızın tarixi bağlılığı, dərin köklərə söykənən ənənələrdir. Azərbaycan və Özbəkistanın türk dünyasının bir parçası kimi daha da yaxınlaşması, qarşılıqlı əlaqələrin daha da sıx olması çox önəmlidir. Bu münasibətlərin möhkəmlənməsi Türk dünyasına verilən böyük töhfələrdən biridir.

Özbəkistanın 44 günlük Vətən Müharibəsi zamanı və tarixi Qarabağ Zəfərindən sonra da Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək də xüsusi vurğulanmalıdır.Hazırda Özbəkistan tərəfinin işğaldan azad edilmiş Füzuli şəhərinin bərpasına göstərdiyi dəstək təqdirə layyiqdir və Azərbaycan xalqı bu diqqəti yüksək qiymətləndirir. Eyni zamanda, cənabPrezident İlham Əliyevin səfər zamanı çıxışlarında ifadə etdiyi hərtərəfli dəstək də Özbəksitan ictimaiyyətində böyük məmnunluq hissi ilə qarşılanıb.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, qarşılıqlı ticari əlaqələrin, idxal-ixrac əməliyyatlarının artırılması da əsas prioritetlərdən biridir ki, bu da iqtisadi inkişafa hədəflənib.Həmçinin qarşılıqlı investisiyaların yatırılması da qarşıya qoyulan əsas vəzifələrdən biridir.Bu istiqamətdə də böyük potensial var və hər iki ölkənin lideri arasında əldə edilən razılaşmalar ölkələrimizin gələcəyinə hədəflənmiş layihələrdir.

 

Xanım İmanova

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki