image-qanunla-reklam
image-1655960755_ekvador-protesto-a-1861267_2

Ekvadorda hökumət əleyhinə etirazlarda ölənlərin sayı 4-ə çatıb

image-lady-day-az

Ekvadorda minlərlə insanın prezident Gilyermo Lassoya  etiraz etdiyi qarşıdurmalarda ölənlərin sayı 4-ə çatıb.

“Qanunla.az” xəbər verir ki, milli tətil çərçivəsində iyunun 13-dən hökumətə etiraz edən minlərlə insan paytaxt Kito da daxil olmaqla bir çox şəhərdə polislə toqquşub.

Hökumət əleyhinə etirazlarda indiyədək 4 fəal ölüb, 18-i ağır olmaqla 100-dən çox nümayişçi yaralanıb.

Ekvador Yerli Millətlər Konfederasiyası (Conaie) hökumətin dialoq təklifi üçün bəzi şərtlərin qəbul ediləcəyi təqdirdə masaya oturacaqlarını açıqlayıb.

Konfederasiya hökumətdən 6 şəhərdə elan edilmiş fövqəladə vəziyyətin ləğvi, benzinin qiymətinin aşağı salınması, işsizlik probleminin həlli, kənd təsərrüfatı məhsullarının qiymətlərinin tənzimlənməsi və cinayətlə mübarizədə təhlükəsizlik tədbirlərinin artırılması kimi bir sıra tələblər irəli sürüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo