image-qanunla-reklam
image-yenigundem_17b8378b827bf96d8e08cc05dd3edeee_4nuf3gyiho57k0srpjxa-620x460

Naxçıvanda I BEYNƏLXALQ TİBBİ FORUM keçirildi – FOTOLAR

image-lady-day-az

18-21 iyun 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikasında Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə I BEYNƏLXALQ TİBBİ FORUM keçirilir.

Qanunla.Az xəbər verir ki, formu Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov giriş sözü ilə açıq elan edib.Daha sonra Azərbaycan Tibb Universitetinin rektoru Prof. Dr. Gəray Gəraybəyli, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Prof. Dr. Əziz Əliyev, Azərbaycan Endosqopik-Laparoskopik Cərrahlar Asossasiyası İB-nin sədri, Dos.Dr. Müşviq Həsənov, Türkiyə universitet və təşkilat rektorları və digər mütəxəssislər çıxış etdi.

Forumda müasir müalicə metodlarının multidisiplinar müzakirəsi həyata keçirildi. Həmçinin forumda təbabətin müxtəlif sahələrində aktual olan bir çox problemlərin həlli yolları haqqında təqdimatlar oldu.
Yerli və xarici mütəxəssislərin iştirakı ilə keçiriləcək konfrans forumun tibb elm adamları, ixtisas mütəxəssisləri, həkim rezidentlər, tibb tələbələri üçün nəzərdə tutulmuşdur.
Formda bir sıra mütəxəssis alimlər mükafata layiq görüldü. Belə ki, “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri t.ü.f.d. Yazgül Abdıyeva Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən “I Beynəlxalq Tibb Forumu”nda iştirakına görə, tibb sahəsindəki uğurlu fəaliyyətinə, verdiyi töhfələrə görə mükafatla layiq görüldü.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki