image-qanunla-reklam
image-1655701115_bez-nazvaniya

Sumqayıt görünməyən tərəfləri: Aidiyyatı qurumlar baxır? – VİDEO

image-lady-day-az

Qanunla.az: – Yəqin ki, Azərbaycanın ən böyük şəhərlərindən biri olan sənaye şəhəri Sumqayıtın SSR dövründəki görüntüləri yaşlı nəslin nümayəndələrinin xatirinə gəlir.

Yox, fikrimiz yaddaşınızı yoxlamaq deyil. Sadəcə, sovet hakimiyyəti illərindən bugünə qədər Sumqayıt şəhərinin görünüş fərqini özünüz üçün müqayisə etmənizi istədik.

Baxın!
O zamanlar şəhərin görüntüsünə gözəllik verən o zamanın müasir tikintiləri idi, indi də bu zamanın. Başqa nə kimi fərq görürsünüz?
Hə bir də qapqara zavod tüstüləri o zamanlar daha çox idi, indi nisbətən azalıb.

Başqa???

Haqlısınız… Nəzərə çarpan başqa bir böyük fərq yoxdur. Rəsmi saytlar isə ya təsəlli üçünmü, ya gözdən pərdə asmaq üçünmü şəhərin gündən-günə “gözəlləşməsi”ndən, “inkişaf etməsi”ndən yazırlar. Amma, nə dərəcədə gözəlləşdiyini dəfələrlə “DogruXeber.az” informasiya portalında, həmçinin “MUM.TV” YouTube kanalımızda əyani görüntülərlə yayımlamışıq.

Uşaq vaxtı böyüklərdən eşitdiyimiz bir məsəl var idi. Deyirdilər, “Gözələ bir yuxudan duranda bax, bir də hamamdan çıxanda”. “Gözəl” deyilən Sumqayıtın mərkəzi küçələrinin, avtovağzalın və ətraf ərazilərinin yağışdan sonrakı görüntüləri xatırlatdı bu misalı. Yoxsa çoxdan unutmuşduq…

Əlqərəz…

Aşağıdakı görüntülərə diqqətlə baxın !

Nə əlavə şərhə, nə də ünvanı təkrar yazmağa ehtiyac yoxdur Sanırıq.

İndi bu barədə aidiyyatı idarələrin nə deyəcəyi deyil, nə edəcəkləri və sakinləri narahat edən bu problemin aradan qaldırılması üçün hansı tədbirlər görəcəkləri maraqlıdır.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo