image-qanunla-reklam
image-baku2964444552

Separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısı alındı

image-lady-day-az

Separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısı alındı

Azərbaycanın müstəqilliyinin ilk illəri ölkəmizin ən ağrılı, ən bəlalı illəri kimi yadda qaldı. Çünki o vaxt hakimiyyətə gəlmək üçün AXC-Müsavat cütlüyü xəyanət yolunu tutdu, Azərbaycan xalqını aldadaraq zorla hakimiyyəti ələ keçirdi. Məhz onların hakimiyyətdə olduğu 1992-1993-cü illər ölkəmizin ən ağır dövrü oldu, ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. AXC-Müsavat cütlüyün hakimiyyəti dövründə onların səriştəsizliyi, xəyanət, cinayət yolu tutaraq ölkədə yaratdıqları anarxiya, xaos, özbaşınalıq, digər tərəfdən cəbhə bölgəsində bir-birinin ardınca baş verən uğursuzluqlar ölkəmizi ağır duruma salmışdı və bundan istifadə edən ermənilər ard-arda torpaqlarımızı işğal edirdi.

1993-cü ilin yayında ölkədə vəziyyət son dərəcə ağırlaşdı, hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı iqtidar 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə – Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər Vətənin bu ağır günündə xalqın tələbi ilə Bakıya qayıdan ümummilli liderin böyük səyləri nəticəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, qısa müddətdə silahlı qarşıdurma cəhdlərinə son qoyuldu, ictimai-siyasi sabitlik təmin edildi, ölkə stabil inkişaf yoluna qədəm qoydu.

 

Vüsalə Kərimova –Zərdab şəhər 1 saylı məktəb liseyn direktoru 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki