image-qanunla-reklam
image-1494497999

Xalqın nicatı

image-lady-day-az

Xalqın nicatı

1993-cü ilin may ayından başlayaraq ölkədə vəziyyət son dərəcə ağırlaşdı, hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı iqtidar 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən isə Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsi vəziyyəti daha da çətinləşdirirdi.

Belə bir vəziyyətdə xalqımız vəziyyətdən yeganə çıxış yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü. Vətəninə böyük sevgi bəsləyən Ulu öndər xalqın, dövlətin bu çətin günündə xalqın səsinə səs verdi, bu çətin işin ağır məsuliyyətini öz çiyinlərinə götürdü. Vətənin bu ağır günündə xalqın tələbi ilə Bakıya qayıdan ümummilli liderin böyük səyləri nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, vətəndaş müharibəsinin qarşısı alındı, siyasi sabitlik təmin edildi, erməni təcavüzünün qarşısı alındı, ölkəmiz qısa zaman ərzində böhrandan çıxaraq inkişaf yoluna qədəm qoydu.

Bu gün Azərbaycan əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan möhkəm təməllər üzərində inkişaf edir. Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının Prezident cənab İlham Əliyev tərəfinədn dövrün tələblərinə uyğun zənginləşdirməklə uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan güclü, müasir, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Azərbaycanın qüdrətli ölkəyə çevrilməsi erməni işğalına son qoymağa imkan verdi, o zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində işğal edilən torpaqlarımız 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində azad olundu və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

 

Elvin Xəlilov-Zərdab rayon Əlvənd kənd tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki