image-qanunla-reklam
image-1655498149-fotojet-2022-06-18t002602-588

Gimnastlarımız Avropa çempionatının FİNALINDA

image-lady-day-az

Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Avropa çempionatında çoxnövçülük hərəkətlərində finala vəsiqə qazanıb.

“Qanunla.az” xəbər verir ki, təsnifat mərhələsində Ağamirova 94.400 xalla 8-ci, Cəlilova isə 92.700 xalla 11-ci olub.

Bundan başqa, Ağamirova gürzlə hərəkətlərdə hakimlərdən 31.200 xal alaraq 7-ci yerin sahibi kimi həlledici raunda adlayıb. Cəlilova isə lentlə hərəkətlərdə 30.400 xal toplayıb. O, 8-ci yeri tutaraq, finala yüksəlib.

Qeyd edək ki, Zöhrə Ağamirova daha əvvəl topla hərəkətlərdə finala çıxıb. Kamilla Qafarova isə lentlə hərəkətlərdə bürünc medal qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo