image-qanunla-reklam
image-1655387921_nahid-bagirov

Görünən kəndə nə bələdçi…

image-lady-day-az

“DogruXeber.az” olaraq, doğruları yazmaq çox zaman bizi tənqid yazmağa vadar edir. Çünki, təəssüflə qeyd edirik ki, həm redaksiyamıza edilən çoxsaylı vətəndaş müraciətləri, həm də səfərlərimiz zamanı özümüzün də gördüklərimiz qələmimizə tənqid yazdıran səbəblərdən olur. Lakin, xüsusi vurğulamaq istəyirik ki, tənqid yazmaq bizim nə seçimimizdir, nə də hobbimiz. Bizim yeganə hədəfimiz, cəmiyyəti doğrularla tanış etməkdir.

Söhbət səfərlərdən düşmüşkən, “DogruXeber.az” kollektivi olaraq, bu günlərdə Oğuz rayonuna işgüzar səfərimiz zamanı yolüstü Azərbaycanımızın dilbər guşələrindən biri olan İsmayıllı rayonundan keçərkən, təbiətin gözəlliyi ilə bərabər şahidi olduğumuz təmiz, abad, səliqə-səhmanli küçələr, yaşayış əraziləri diqqətimizi çəkdi. Odur ki, sadaladığımız yüksək keyfiyyətlərə baxmaqdan gözümüzü ala bilmədiyimiz üçün, biraz ayaq saxlayıb, təbiət qoynunda bir çay içmək qərarına gəldik.

Oturub çay içərkən də peşəmizin verdiyi adətimiz üzrə ətrafdakı insanlarla həmsöhbət olub, yaşadıqları İsmayıllı rayonunda nələrdən, kimlərdən razı, yaxud narazı olduqlarını xəbər aldıq.

Sözsüz ki, İsmayıllı rayonuna yeni təyin olunmuş İcra başçısı Nahid Bağırov barəsində yayılan bəzi mənfi məlumatlar hər kəsə məlumdur. Elə bu yazıların da nə dərəcədə doğru olub-olmadığı marağıyla, sakinlərdən Nahid Bağırov barəsində fikirlərini də soruşduq. Amma, Allah var, narazılıq edən bir nəfər belə olmadı. Hər kəs bir ağızdan Nahid Bağırovun, həmçinin başçının birinci müavini Mahmud Süleymanovun barəsində ağzını dua ilə açdı. Hər cümlələrinin başında “Sağolsun Nahid müəllim”, “Sağolsun Mahmud müəllim filan işim üçün qəbuluna getdim bircə kəlmə deyən kimi lazımi köməkliyi etdilər” və sair kimi ifadələr vurğulayırdılar.

Görünən kəndə nə bələdçi...

Hələ üstəlik söhbətimizin mövzusu olmasa da yan masada əyləşən ziyalı sakinlər keçmiş təhsil işçisi, hazırda isə İsmayıllı rayon YAP təşkilatının sədri olan Zaur Muradov barəsində də hörmətlə danışıb, onun da Nahid Bağırov, Mahmud Süleymanov kimi dövlətə, dövlətçiliyə göstərdiyi sadiq xidmətlərindən, insanlarla qurduqları səmimi ünsiyyətindən danışdılar.

Görünən kəndə nə bələdçi...

Doğrusu İsmayıllı rayonunda idarəçilikdə, rəhbər vəzifələrdə çalışan bu insanların gənc olmalarına baxmayaraq, az zamanda sakinlərin ürəyində və dilində bu cür xoş cümlələr içərisində adlarının keçməsi Vətəndaş olaraq bizi də qürurlandırdı.

Nəhayət ki, qulağımız heçolmasa adları çəkilən məmurlar barəsində deyilən ürəkaçan sözlərin şahidi oldu.

Dəyərli izləyicilər, bu tərif deyil, adımızdan da göründüyü kimi doğru bildiklərimizdir.

Bu yazını oxuyarkən, ağlınıza ilk nələrin gələcəyini təxmin edirik. Amma, xüsusi vurğulamaq istəyirik ki, bu o demək deyil ki,biz İsmayıllı rayonunda baş verənlər barəsində heç vaxt tənqid yazmayacağıq. Dediyimiz kimi, “Düzə düz – əyriyə əyri”!.
Bu dəfə bunları gördük, bunları yazdıq. Nöqsanlar görsəydik, əlbəttə ki, nöqsanları da yazacaqdıq.

Amma, inşallah ki, hörmətli icra başçısı Nahid Bağırovun rəhbərliyi ilə İsmayıllı rayonundakı digər səlahiyyətli şəxslər də sükanı sonuna qədər belə saxlayacağına ümid edirik.

Kimliyindən asılı olmayaraq – mədəniyyət, insanlarla ünsiyyət və idarəetmə bacarığı insanda ilk növbədə yaranışdan, ikinci növbədə ailədən gəlir, bu sonradan qazanılması mümkün olmayan amildir. Bu insanlar da bugünə qədər bu hörməti qazanmağı bacarıblarsa, qorumağı da bacardıqlarına əminik.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki