image-qanunla-reklam
image-1623082211-xestexana

Mingəçevirdə qəribə olay: Özünü 5-ci mərtəbədən atan kişinin kimliyi müəyyən edilmir

image-lady-day-az

Mingəçevirdə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən kişi 5 mərtəbəli binanın sonuncu mərtəbəsindən yıxıldığını desə də, kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Qanunla.az-ın məlumatına görə, hadisə gecə saatlarında Sahil parkı ərazisindəki 5 mərtəbəli binanın qarşısında qeydə alınıb.

Belə ki, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən kişi 5-ci mərtəbədən yerə yıxıldığını iddia edir.

Qeyd edək ki, yaralı həmin binada yaşamır və rəsmi portalda kimliyi özünü təqdim etdiyi kimi təsdiqini tapmır. Onun hansısa mənzillərdən birinə oğurluq məqsədi ilə girdiyi və sonra məcbur qalaraq özünü oradan yerə atdığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo