image-qanunla-reklam
image-60c8b30ee0b17-1

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur

image-lady-day-az

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur.

 

Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz ərazi bütövlüyünü təmin etdi. Prezident cənab İlham Əliyevin də dediyi kimi,  İkinci Qarabağ müharibəsi başlanan gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, hadisələrin gedişinə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Bu gün isə ölkəmiz işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə bərpa-quruculuq işlərini həyata keçirir. Təbii ki, bu işlərdə qardaş Türkiyənin rolu böyükdür. Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasındakı əməkdaşlıq çərçivəsində həm də iqtisadi hədəfləri nəzərdə tutur. Belə ki, bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur və bu işlərdə Türkiyə aparıcı rollardan birinə sahibdir.

Şuşa Bəyannaməsi həm də faktiki olaraq Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təminatçısı kimi çıxış edir. Bu isə regionun iqtisadi inkişafı baxımından çox vacib və əhəmiyyətli bir məqamdır. Məsələ bundadır ki, bütün dünyada iş adamları, beynəlxalq şirkətlər yalnız o bölgələrə sərmayə yatırımı edirlər ki, həmin regionda dayanıqlı sülh və ictimai-siyasi sabitlik mövcud olsun. Məhz buna görə də Azərbaycan və Türkiyənin müttəfiq olaraq Cənubi Qafqazda əsas söz sahiblərinə çevrilmələri bu regionu investisiya qoyuluşu baxımından cəlbedici edir. Beləliklə də Şuşa Bəyannaməsi bölgəyə və xüsusən də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır və regionun getdikcə artan investisiya potensialı bu ərazilərdə yeni, daha mütərəqqi və səmərəli iqtisadi münasibətlərin formalaşmasına yol açır.

Kəmalə ƏliyevaZərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki