image-qanunla-reklam
image-1655278088_1645868141-1640325681292

Tahir Budaqovdan Şuşa Bəyannaməsi ilə bağlı AÇIQLAMA

image-lady-day-az

““Şuşa İli”ndə, Azərbaycan xalqının ictimai-siyasi yaddaşında mühüm yer tutan, taleyində müstəsna rol oynayan 15 İyun – Milli Qurtuluş Günündə iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd etmək sonsuz qürur və iftixar hissi yaşadır, gələcəyə inamla və ümidlə baxmağa, Zəfər yolunda əminliklə və qətiyyətlə addımlamağa imkan verir”.

Qanunla.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda çıxışında bildiirb.

“İnkaredilməz həqiqətdir ki, dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə mənəvi və siyasi cəhətdən yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətləri bənzəri olmayan birlik və həmrəylik nümunəsidir. Ölkələrimiz arasında münasibətlər istənilən siyasi hadisə, məsələ və prosesin fövqündədir”, – o əlavə edib.

T.Budaqov söyləyib ki, bugünkü reallıqlar ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının real həyatda öz təsdiqini tapmasını əks etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo