image-qanunla-reklam
image-1648128767-1642525198-jens_stoltenberg_010519

“Ukrayna daha çox ağır silahlar almalıdır” – Stoltenberq

image-lady-day-az

Ukraynanın Rusiyanın hücumuna qarşı tab gətirə bilmək üçün NATO ölkələrindən daha çox ağır silahlar almalıdır.

Qanunla.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq Alyansın 7 ölkəsi ilə keçirilən iclasdan sonra deyib.

“Ukrayna daha çox ağır silahlar almalıdır. NATO müttəfiqləri və tərəfdaşları bu cür silahlar veriblər və bu səyləri gücləndirirlər. İyunun 15-də NATO-nun mənzil-qərargahında Ukraynaya dəstək üzrə təmas qrupu çərçivəsində görüş keçiriləcək. Bu qrup NATO müttəfiqlərinin və tərəfdaşlarının Ukraynaya müxtəlif növ silah və hərbi texnika, o cümlədən ağır silahlarla təmin edilməsində səylərini koordinasiya etmək üçün mütəmadi olaraq toplaşır”, – deyə Stoltenberq bildirib.

O xatırladıb ki, NATO müttəfiqləri uzun illərdir Ukraynaya dəstək verir. Baş katib müharibənin necə bitəcəyi haqqında proqnoz verməyin çətin olacağını deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki