image-qanunla-reklam
image-yenigundem_dc44f777c0a9cd4523846d597feb3888_c7tqapn06lxgokrme1vi-620x460

Yazgül Abdıyeva Cənubi Koreyada keçirilən elmi konfransda iştirak etdi – FOTOLAR

image-lady-day-az

11-12 iyun tarixdə Cənubi Koreyanın Seul şəhərində APACRS (Asia-Pacific Assocation of Cataract&Refractive Surgeons) 2022 konqresi keçirildi.

“Yeni Gündəm” xəbər verir ki, konqresdə oftalmologiya sahəsindəki elmi yeniliklər, müasir texnologiyalar və yeni biliklər müzakirə edildi.
Konfransda Joon Young Hyon (Prezident KSCRS),
Prof.Graham Barrett(Avstraliya),Prof.Hungwon Tchah (Cənubu Koreya),Prof.Chul Young Choi (Cənubu Koreya),Dr.Chan Wing Kwong (Sinqapur),
Prof.Ronald Yeoh (Sinqapur),Oliver Findl (Avstriya),
Dr.Kimiya Shimizu (Yaponiya) ,Prof.Thomas Kohnen (Almaniya) və digər ölkələrin alimləri iştirak etdilər və oftalmologiyada olan yeniliklərlə çıxış oldu,suallar səsləndi,maraqlı müzakirələr oldu.
Dünyanın bir çox yerindən oftalmoloqların iştirak etdiyi konqresdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən, AOC-un (Azərbaycan Oftalmoloqlar Cəmiyyəti) sədr müavini, t.ü.f.d. Yazgül Abdıyeva “Epidemiology of allergic conjunctivitis” adlı poster məruzə ilə çıxış etdi .
Həmçinin konfransda AOC üzvləri H.Qəhrəmanov , Ş.Əsədova iştirak etdilər.
Asiya-Sakit Okean Katarakt və Refraktiv Cərrahlar Assosiasiyası (APACRS) ilk olaraq katarakt və refraktiv cərrahiyyədə dinamik inkişafı əks etdirmək üçün Asiya-Sakit Okean Gözdaxili İmplant Assosiasiyasından (APIIA) inkişaf etmişdir. APACRS Asiya-Sakit Okean regionunda regional təşkilatlarla illik iclasını keçirir. Cəmiyyətin əsas funksiyası Asiya-Sakit Okean regionunda ön seqment oftalmoloji cərrahiyyənin müxtəlif sahələrində irəliləyişlərin yayılması və inkişafıdır.
Növbəti 35 ci APACRS konfrans CSCRS in (CSCRS 23) birgə təşkilatçılığı ilə Chengdu -da keçirilməsi nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki