image-qanunla-reklam
image-15265765473752032098_1000x669

Dövlətin və dövlətçiliyin itirilməsi təhlükəsi

image-lady-day-az

Dövlətin və dövlətçiliyin itirilməsi təhlükəsi

 XX əsrin sonrlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ümummilli Lider müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildən hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir il sonra hakimiyyətdən saldı, xalq özü saldı”

Müstəqillik qazandıqdan sonra Azərbaycan xalqı çox əzab-əziyyətlə qarşılaşmış, torpaqlarının işğalçılardan azad edilməsi, ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə çoxlu qurbanlar vermiş, məhrumiyyətlərə düçar olmuş, çətinliklə qazandığı müstəqilliyin müdafiəsində mətanətlə dayanmışdır. Belə bir vəziyyətdə dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısında qalmış Azərbaycan xalqı zəngin dövlət rəhbərliyi təcrübəsinə və siyasi nüfuza malik olan Heydər Əlirza oğlu Əliyevi özünə rəhbər tələb etdi. Heydər Əliyev xalqın təkidi ilə respublikada yaranmış son dərəcə gərgin vəziyyətin normallaşdırılması və sabitləşdirilməsi üçün sağlam qüvvələrin köməyi ilə qardaş qırğınının, Azərbaycan dövlətinin parçalanmasının qarşısını aldı, milli birliyə aparan siyasət xəttini həyata keçirməyə başladı, demokratik yolla, alternativ əsasla Azərbaycan Respublikasının dövlət başçısı seçildi.

Azərbaycan cəmiyyəti demokratik inkişaf yolunda bir addım da irəlilədi və möhkəmləndi. Xalqın möhtəşəm iradəsi əsasında Azərbaycan Respublikası dünya birliyinin tamhüquqlu üzvü kimi ardıcıl daxili və xarici siyasət aparmağa başladı.

 

Zərdab rayon Çallı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Lətifli Tükəz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki