image-qanunla-reklam
image-1654849176-zekay_m

Heç bir şagirdi universitetə qəbul olmayan məktəbin direktorundan AÇIQLAMA

image-lady-day-az

Xəbər verdiyimiz kimi, “Abituriyent” jurnalının 12-ci sayında qeyd edilən məlumatlara əsasən, ötən il 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

Sözügedən məktəbin direktoru Zəkay Şayev Qanunla.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Bizim məktəb əvvəl “Xabad-Or-Avner” adlı özəl yəhudi məktəbi olub. Ötən il təhsil nazirinin əmri ilə, 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib. Həmin tarixdən etibarən “Xabad-Or-Avner” məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.

Ötən il bizim cəmi 5 məzunumuz olub. Onlardan 3-ü ölkə daxilində, qalan 2-si isə Moskvada yerləşən ali təhsil müəssisələrinə qəbul olunublar”, – deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki