image-qanunla-reklam
image-1654844958-qala_divar_090622_1

İçərişəhərin qala divarını yazan şəxs saxlanıldı

image-lady-day-az

Ötən gün bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar paylaşılıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məlum hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə rəsmi müraciəti əsasında araşdırma aparılıb.

Bu barədə Qanunla.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Səbail Rayon Polis İdarəsinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində əməli törədən şəxsin 26 yaşlı Bakı şəhər sakini S. Qurbanzadə olduğu müəyyən edilib.

Yaxın vaxtlarda hadisəyə hüquqi qiymət verilməsi təmin ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo