image-qanunla-reklam
image-1654765487_0001

Vladimir Poznerin azərbaycanlılara bəslədiyi nifrətin kökündə nə durur?

image-lady-day-az

Rusiyanın tanınmış teleaparıcısı, jurnalist Vladimir Pozner zaman-zaman anti-Azərbaycan mövqeyindən çıxış edib. Azərbaycanlılara olan antipatiyasını heç zaman gizlətməyib. Qanunla.az xəbər verir ki, Bizim.Media bu məsələ ilə bağlı araşdırma aparıb.

Bəlli olub ki, Vladimir Vladimiroviçin Azərbaycanlılara sərgilədiyi neqativ münasibətin konkret səbəbi var. Bu səbəbsə korporativ maraqlardan qaynaqlanır.

Məlum olduğu kimi 1962-ci ildən 1985-ci ilədək SSRİ Teleradio Komitəsinin birinci müavini işləyən Ənvər Məmmədovla Vladimir Poznerin münasibətləri hər zaman gərgin olub. Ənvər Məmmədov Poznerin senzurasız hərəkətlərini və bayağı çıxışlarını heç zaman qəbul etməyib.

Ona görə də hər zaman onu məsafədə saxlayıb. Baxmayaraq ki, onlar birgə xeyli layihələr işləyiblər. ABŞ-da birgə çəkilişlər ediblər(o zamanlar üçün bu böyük hadisə idi). 60-70-ci illərdə Ənvər Məmmədov Komitə sədrinin birinci müavini olanda Vladimir Pozner Rusiya telekanallarında aparıcılıq edib. Gördüyü ən böyk vəzifə isə baş redaktorluq olub.

Karyera uğursuzluğunda Pozner hər zaman Bakılı balasını günahkar görüb. Və ona qarşı açıq-gizli kompaniya aparıb. Məmmədov karyerasında yüksəldiyi zirvələrə Poznerdən daha cavan olan vaxtlarında çatıb. Bu da xudbin jurnalisti əsəbləşdirməyə bilməzdi. (Yaş fərqləri elə də böyük deyil, cəmi 11 yaş).

Pozner çox sonralar xatirələrində bunu həyasızcasına belə ifadə edirdi:

“Mənə elə gəlir ki, o, həyatında hər şeydən çox yalnız yarı rus doğulduğu üçün utanırdı (?). Mən tamamilə əminəm: Məmmədov rus olsaydı, daha yüksək mövqe tutardı. O, asanlıqla tam görkəmli bir xarici işlər naziri ola bilərdi. Atası 1949-cu ildə güllələnmişdi (?). Düşünürəm ki, onun həyasızlığı (?), özünün tam qiymətləndirilmədiyini dərk etməsi (?), reallaşdırılmamış potensialı – bütün bunlar onda tez-tez əsəb pozuntularına səbəb olmuşdu”.

Aydındır, adı Rusiyanın teleradio tarixinə qızıl hərflərlər yazılan və Rusiya televiziyasının banisi hesab edilən Ənvər Məmmədovu Pozner heç zaman həzm edə bilməyib. Ona görə də 88 yaşlı qocanın 60 il qəlbində bəslədiyi kin Ənvər Məmmədovun mənsubu olduğu millətə qarşı da metastaz verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo