image-qanunla-reklam
image-16540717364763553146_1000x669

Azərbaycan etibarlı tərəfdaşdır

image-lady-day-az

Azərbaycan etibarlı tərəfdaşdır

Beynəlxalq və regional enerji təhlükəsizliyinin təmin olunmasında əsas söz sahiblərindən sayılan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə vacib layihələr gerçəkləşdirir. Hər zaman “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə bu önəmi vurğulayan ümummilli lider Heydər Əliyevin neft strategiyası neft sənayemizin yeni mərhələdə inkişafına dünyanın diqqətini cəlb edən əsas amil kimi mühüm rol oynayıb. Bu gün enerji resurslarının çatdırılmasında, şaxələnməsində Azərbaycan ciddi tərəfdaş kimi dünya miqyasında tanınmaqdadır.

Azərbaycanın beynəlxalq təşkilatların fəal üzvü olması ölkəmizi nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirmişdir. Azərbaycan beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaş kimi tanınmışdır. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu inamın göstəricisidir.  Bütün bu uğurlar müstəqil Azərbaycanın tarixi nailiyyətidir.

Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmizlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri və güc mərkəzləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və nüfuzlu təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Həmin geosiyasi subyektlər Azərbaycanla əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Eyni zamanda, Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və olduqca səmərəli fəaliyyət göstərirlər. Ölkəmiz hazırda regionda sabitləşdirici faktor kimi çıxış edir.

Azərbaycan tərəfdaşları üçün etibarlı və sabit təbii qaz təchizatçısıdır və bu, uzunmüddətli tərəfdaşlıqlar üçün strateji davamlılığın artmasına, enerji səmərəliliyi və həmçinin iqtisadi artımın sənaye bazalarının gücləndirilməsinə öz töhfəsini verir.

Nəticə etibarilə dünyada böyük etimad qazanan ölkəmizin strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır, beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir.

 

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki