image-qanunla-reklam
image-prezident_konfrans_290422_5

Avroittifaq alternativ qaz mənbələrinə, infrastrukturun yaradılmasına sərmayə qoyuluşunu əsirgəməməlidir

image-lady-day-az

Avroittifaq alternativ qaz mənbələrinə, infrastrukturun yaradılmasına sərmayə qoyuluşunu əsirgəməməlidir

 “Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir”. Bunu Prezident İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Ölkə başçısının sözlərinə görə, Avropanın qaza artan tələbatını ödəmək üçün yalnız bizim səylər kifayət olmayacaq: “Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər. Bizim qaz potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, biz bunu nəzərə almalıyıq. Lakin, eyni zamanda, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik. Hazırda yeni çağırışların və tələbatların olduğunu nəzərə alaraq, əlbəttə, biz artıq digər potensial istehlakçı ilə danışıqlar prosesindəyik. Lakin bunun üçün yalnız bizim səylər kifayət olmayacaq. Avropada infrastruktura, yeni interkonnektorların tikintisinə yatırımlar olmalıdır və yeni şərtlər üzərində razılıq əldə edilməlidir”.

Bütün bunlar onu göstərir ki, Avropanın Azərbaycandan daha çox qaz almaq istəyi ilə məsələ bitmir. Bununla bağlı bir sıra işlər paralel şəkildə görülməlidir..

Prezidentin qaz ixracı ilə bağlı yanaşması reallığa söykənir: “Bütün bunlar o deməkdir ki, Avropanın Azərbaycandan daha çox qaz idxal etməsi kompleks yanaşmadan asılıdır. Sadə dillə desək hamı əlini daşın altına qoymalıdır. Bəli, məlum səbəblərdən Avropa Rusiyadan qaz asılılığını minimuma endirmək istəyir. O zaman Avroittifaq alternativ qaz mənbələrinə, bununla bağlı infrastrukturun yaradılmasına sərmayə qoyuluşunu əsirgəməməlidir. Zatən Aİ-nin bununla bağlı maliyyə imkanları böyükdür. 2000-ci illərdə Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkiləndə ABŞ-ın “Ekzimbankı” kredit verməkdən imtina etdi. Azərbaycan öz imkanları hesabına həmin kəməri çəkdi. O cümlədən, Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsi ilə bağlı böyük işlər gördü və bütün bunlar heç də asan olmadı. Avropa CQD çərçivəsində daha çox qaz almaq istəyirsə, o zaman bu xətt boyunca boruların ötürmə qabiliyyəti artırılmalıdır. Əlavə enerji infrastrukturu yaradılmalıdır. Bu isə sərmayə tələb edir. Sərmayə ilə bağlı da Aİ-nin maliyyə problemi yoxdur. O zaman bütün işləri biz görəsi deyilik ki. Qarşı tərəf üzərinə düşən işləri görməlidir. O üzdən, Prezident Avropaya çox aydın mesaj vermiş oldu. Bu o deməkdir ki, hamı səylərini artırmalıdır”.

 

Rəmzi Şirinov-Zərdab rayon Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki