image-qanunla-reklam
image-ilham-liyev-baki-enerji-h-ft-si-c-rciv-sind-keciril-n-s-rginin-acilis-m-rasimind-yenil-nib-foto-62977fb1bcf4a

Prezidentin təşəbbüsü ilə başlayan layihələr qlobal enerji layihələrinə çevrilib

image-lady-day-az

Çox mürəkkəb siyasi mühitdə reallığa çevrilən Bakı-Supsa neft boru kəməri, “Şahdəniz” yatağındakı fəaliyyət, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri kimi nəhəng, texniki və maliyyə baxımından çətin infrastruktur layihələrinin uğurla icrası Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi tanıdıb: “Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışında da vurğuladığı kimi, Azərbaycan öhdəliklərinə hörmət edən etibarlı ölkə kimi özünü təsdiqləyib. Hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür.

XXI əsrin boru kəməri olan Cənub Qaz Dəhlizinin bir çox ölkələri keçərək, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər 3500 kilometrlik vahid boru kəmərləri sistemi yaradaraq qüdrət və dostluq rəmzinə çevrilmişdir. “Dövlət başçısının da vurğuladığı kimi, Cənub Qaz Dəhlizinin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması ümumi iradəmizi, komanda daxilində işləmək və böyük uğurları qazanmaq bacarığımızı nümayiş etdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaradıb və onlar hazırda qlobal enerji layihələrinə çevrilib. Artıq Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda Cənub Qaz Dəhlizi nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradıb. Bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Azərbaycan hasilatın və ixracın artırılmasına nail olub. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il bunun 24 milyard kubmetrə çatacağı gözlənilir. Gələn il isə bu göstərici daha çox olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanın qaz potensialı yalnız “Şahdəniz”lə məhdudlaşmır, digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu da enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. O da nəzərə alınmalıdır ki, xüsusən indiki dövrdə Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür.

Yenilənən enerji sahəsində Azərbaycanın bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindədir. Bu sahədə Xəzər dənizinin nəhəng potensialı var. Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir ki, bu, nəhəng həcmdir: “Digər tərəfdən, Zəngəzur dəhlizi yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər fikirlərini dəyişəcəklər. Şəxaləndirmə strategiyasına malik Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir. Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri də Azərbaycanın iqtisadi potensialını daha da artıracaqdır.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo