image-qanunla-reklam
image-yenigundem_4418f5a112846f96f1407cfcddbd9015_wfxpg9lkvr24t7aumq06-620x460

“Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir keçirilib – FOTOLAR

image-lady-day-az

Bu gün  “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 28 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir  keçirilib.

Məqsəd uşaqlara yol hərəkəti qaydalarının kiçik yaşlardan öyrədilməsinin təbliği və onların yeni biliklər öyrənməsinin təmini olub.

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, polis baş leytenantı Pərvanə Muradova, polis leytenantı Rüstəm Əhmədli, Avtosfer.az saytının baş direktoru Elməddin Muradlı, 28 nömrəli tam orta  məktəbin direktoru Qənirə Əmircanova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları Fəridə Süleymanova, Sevda Əsgərova, Ziyafət Musayeva, KİV nümayəndələri, müəllimlər, valideynlər və 100-dən çox şagird iştirak edib.

Tədbir  uşaqların çıxışları ilə başlayıb. Onlar yol qaydalarına aid şeir, mahnı və səhnəciklərdən ibarət kompozisiya təqdim ediblər. Uşaqlar yol hərəkəti qaydaları ilə bağlı biliklərini nümayiş etdirib, küçə və yollarda qaydalara düzgün əməl etməyin vacib olduğunu bildiriblər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis polkovniki Vaqif Əsədov yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb, mövzu ilə bağlı yarış keçirilib, uşaqlara yol hərəkəti qaydalarını öyrənmək və ona əməl etmək tövsiyə edilib.

Yarışın münsiflər heyəti  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif  Əsədov, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova və məktəbin direktoru Qənirə Əmircanova yarışda fərqlənən uşaqları I, II, III dərəcəli diplomlar, medallar və təşəkkürnamələrlə təltif ediblər.

Polis əməkdaşları və məktəbin direktoru Qənirə Əmircanova, Avtosfer.az saytının baş direktoru Elməddin Muradlı çıxış edərək uşaqların yarışdakı nəticələrinə münasibət bildirdilər. Sonda uşaqlara hər zaman olduğu kimi “İnci” məktəb ləvazimatları şirkətinin hədiyyələri paylanılıb.

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirdiyinə və yol hərəkəti qaydalarının öyrədilməsi məqsədilə uşaqlarla aparılan müntəzəm təbliğat işinə görə  məktəb kollektivinə fərqləndirici kubok, direktor Qənirə Əmircanovaya və tədbirin təşkilarçısı, ibtidai sinif müəllimi Sevinc  Süleymanovaya  “Təşəkkürnamə” təqdim olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki