image-qanunla-reklam
image-yenigundem_571db5873acaa2b4cdd90399c656d9d1_7ho3tiygw4su1jbxnf5q-620x460

Deputat və icra başçısı şəhid övladlarını təbrik etdi – FOTO

image-lady-day-az

Milli Məclisin deputatı Anar Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid Elyəddin Cəfərovun evində şəhid övladları ilə görüşüb.

Qanunla.Az xəbər verir ki, görüşdə şəhər ağsaqqalları və ziyalıları, Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri və onların övladları iştirak ediblər.

İştirakçılar uşaqları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.

Şəhid ailələri və onların üzvləri onlara daim göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək məmnunluqlarını ifadə ediblər.

Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki