image-qanunla-reklam
image-285467549_323957689916972_3214936963489800704_n

“HƏR BİR KÖRPƏ ÖZ MİLLƏTİNİN GƏLƏCƏYİDİR”

image-lady-day-az
Zərdab rayon Heydər Əliyev Mərkəzində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbirlər keçirilib.
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin 2022-ci il Tədbirlər Planına əsasən 01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Hər bir körpə millətinin gələcəyidir” başlıqlı tədbir keçirilib.
Tədbir Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Zərdab rayon İsaqbağı kənd tam oirta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilib.
Tədbir müddətində iştirakçılar Heydər Əliyev Mərkəzinin
Ekspozisiya zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, irsi barədə məlumat alıb, Mərkəzdə nümayiş etdirilən sərgilərlə tanış olublar.
Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik etmiş, xoş arzularını bildirib.
Könül xanım çıxışında ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, habelə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın böyük diqqətindən söz açaraq, uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyi barədə danışmış, digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyi, bu sahədə genişmiqyaslı işlər haqqında məlumat verib.
İsaqbağı kənd tam orta məktəbinin şagirdləri “Anadir arzulara hər zaman QARABAĞ…..” başlıqlı kompozisiya ilə çıxış edərək, tədbir iştirakçılarına şeir və mahnılar təqdim edib, istedad və bacarıqlar nümayiş etdiriblər.
image-281960280_323957799916961_8801656336802921326_nimage-285771682_323957906583617_3716103626549578428_nimage-285616142_323958343250240_1358422925605959361_nimage-285663423_323958486583559_5626323677449003964_nimage-285488551_323958676583540_2219552770696571941_nimage-285734610_323958796583528_6959674511766059147_nimage-285656643_323958856583522_9069288718617320666_nimage-285434740_323959023250172_9143623713298535406_nimage-285607510_323959159916825_6909440731900636461_nimage-285519368_323959216583486_1118598318776899719_nimage-285603520_323959553250119_1271254028448523374_nimage-285467549_323957689916972_3214936963489800704_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki