image-qanunla-reklam
image-yenigundem_59f3c32d02cd14109ef48e06611ad666_skht1wqf9uj0ycxmnv3a-620x460

Deputat: “TEKNOFEST Azərbaycan” bir daha Azərbaycan və Türkiyə qardaşlığının nə qədər möhkəm təməllər üzərində qurulduğunu göstərdi

image-lady-day-az

28 may tarixində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı bir daha Azərbaycan və Türkiyə qardaşlığının nə qədər möhkəm təməllər üzərində qurulduğunu göstərdi.

Qanunla.Az  xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda birgə iştirakı və çıxış etmələri iki qardaş ölkə arasında əlaqələrin yüksək zirvəyə çatdığını bir daha göstərdi.

“Cənab Prezident öz çıxışında qeyd etdi ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Dövlət başçısı bildirdi ki, “Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir”. Bu onu göstərir ki, Azərbaycan və Türkiyənin əməkdaşlının bu qədər möhkəmlənməsi təkcə iki qardaş ölkə üçün deyil, region üçün də əhəmiyyətli və faydalıdır. Çünki bu əməkdaşlıq regionun inkişafına, regionda sülh və təhlükəsizliyini təmin edilməsinə yönəlib”, – deyə deputat əlavə edib.

S.Hüseynova vurğulayıb ki, Azərbaycanın dost və qardaş ölkə olan Türkiyə ilə bütün sahələrdə əlaqələri ən yüksək zirvədədir:

“Bildiyiniz kimi, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edərkən onu ilk tanıyan dövlət Türkiyə oldu. Bu gün iki qardaş ölkə arasındakı münasibətlər möhkəm təməllərə əsaslanır. Hazırda münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Vətən müharibəsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.

Bu amil bizim qardaşlığımızın sarsılmazlığını ifadə edir. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Bir neçə il öncə Şərq Tərəfdaşlığı sammitində Ermənistan prezidentinin əsassız iddalarına cavab olaraq cənab İlham Əliyevin “Türkiyə burda təmsil olunmur, amma mən varam” deyərək qarşı tərəfi susdurması Azərbaycan və Türkiyə cəmiyyətində çox yüksək qarşılandı. Ümumiyyətlə, möhtərəm Prezidentimiz Azərbaycan-Türkiyə münasibətlərini dünya üçün nümunə adlandırıb. Dövlətimizin başçısı qeyd edib ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə var”, – deyə deputat əlavə edib.

S.Hüseynova qeyd edib ki, dünyada qardaş xalqlar çoxdur, amma bu qardaşlığı müttəfiqlik səviyyəsinə qaldırmaq elə də asan bir məsələ deyil:

“Ancaq Azərbaycan və Türkiyə bu məsələdə dünya üçün bir nümunədir. Şuşa bəyannaməsi bu müttəfiqliyin və qardaşlığın bir nümunəsidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo