image-qanunla-reklam
image-azerbaycan3-640x320-1

Türk dünyasının böyük oğulları

image-lady-day-az

Türk dünyasının böyük oğulları.

Yüksək əməkdaşlıq və tərəfdaşlığa söykənən Azərbaycan-Türkiyə münasibətləri bu gün də bütün sahələri əhatə edən geniş formada inkişaf etməkdədir. Dünya miqyasında Azərbaycanın ən böyük dəstəkçisi hər zaman Türkiyə dövləti olmuşdur. Türk dünyasında eləcə də, dünya çapında böyük nüfuza malik olan Türkiyə Cümhuriyyəti kimi bir dövlətin ölkəmizə hər cür dəstək verməsi, qardaş ölkənin, qəhrəman bir millətin xalqımıza, dövlətimizə münasibətinin əməli ifadəsidir. Bu qəti və aydın mövqe müstəqil Azərbaycan dövlətinə birmənalı dəstək, bədnam Ermənistana kəsərli cavab,dünya birliyi qarşısında isə açıq mövqe ifadə edən ciddi bir mesajdır.

44 gün davam edən, haqq savaşımızın tarixi qələbəsi ilə nəticələnən Vətən müharibəsi dövründə də qardaş ölkənin mənəvi və diplomatik dəstəyi bir an belə azalmadı. Beynəlxalq səviyyədə, böyük güclərin nə qədər təzyiqi olsa belə, Türkiyə öz mövqeyindən geri çəkilmədi. Müharibədən sonrakı dövr ərzində bu əməkdaşlıq daha yeni iqtisadi perspektivlərlə davam edib, inkişaf etdirilməkdədir. Belə qürurverici hadisələrdən biri 26-29 may 2022-ci il tarixlərində Bakıda keçirilən Teknofest festivalıdır. Azərbaycan Respublikası  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilən bu festivala ilk dəfə olaraq Azərbaycan ev sahibliyi etdi. Bu festival Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və ” Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraqdarın rəhbərlik etdiyi Türkiyə Texnoloji Takımı Vakfının təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il  keçirilir. Festivalın ən əsas məqamlarından biri burda gənclərə, tələbələrə, məktəblilərə  və sahibkarlara böyük və yeni fürsətlərin açılması  və meydan verilməsidir. Bu hadisə bir daha bütün dünyaya iki qardaş ölkənin birliyini, müttəfiqliyini nümayiş etdirdi.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”.

  Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini- Mayisə  Xəlilova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki