image-qanunla-reklam
image-4a339683-d8fd-4d75-8bf4-6aeb3e3b4624

Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı

image-lady-day-az

Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı

Bu il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanatla çıxış edərkən Qarabağın bərpasına qardaş köməyi barədə danışarkən deyib: “Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik. Ən qısa müddətdə evlərinə qayıtmalarını gözlədiyimiz azərbaycanlı qardaşlarımız üçün də hər cür səy göstərəcəyik. Təbii ki, bu məsələdə hörmətli qardaşımın xüsusi fəaliyyəti var. Yetər ki, buranın əsl sahibləri evlərinə, məskənlərinə qayıtsın. Onlara istər maliyyə köməyi, istərsə də iş imkanı ilə bağlı hər cür dəstəyi verməklə azərbaycanlı qardaşlarımızın öz evlərinə, öz məkanlarına geri qayıtmaları buraları ciddi mənada zənginləşdirəcək”.

Prezident Rəcəb Tayyib Ərdoğanın o vaxt səsləndirdiyi bu fikirlər bu gün öz təsdiqini tapır. Qarabağın dünyaya açılan hava qapısı – Füzuli Beynəlxalq Hava Limanı dövlətimizin başçısı cənab İlham Əliyevlə qardaş ölkə rəhbərinin birgə iştirakı ilə istifadəyə verilir. Bu möhtəşəm mərasim iki dahi liderin bütün dünyaya dostluq, qardaşlıq nümunəsini nümayiş etdir. Türkiyə Prezidentinin Qarabağa səfər çərçivəsində iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlinin qoyulması da qardaşlığımızın, dostluğumuzun təqdimatı, dünyaya ünvanlanan birlik, həmrəylik mesajıdır. Bu mesaj, həm də regionun sülh, əmin-amanlıq məkanına çevrilməsindən, erməni faşizminin xarabalığa döndərdiyi yurdumuzun bu gün cənnətə döndərilməsindən xəbər verir.

 

Şəhla Eminova –Zərdab şəhəri “Əməkdar” müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki