image-qanunla-reklam
image-1588696151-1576704663_mahir_abbaszad_aqlama_1

“Qarşımıza qoyduğumuz hədəflərə nail ola bilmişik” – Mahir Abbaszadə

image-lady-day-az

“Öncədən 3,2% proqnozlaşdırdığımız Ümumi Daxili Məhsuldakı (ÜDM) artımın 5,6% olması, büdcədə neftin qiymətinin 50 dollar götürülməsinə baxmayaraq, dünya bazarlarında neftin orta qiymətinin 72 dollar olması nəticəsində ölkədə makroiqtisadi sabitliyin qorunması və fiskal dayanıqlılığın təmin edilməsi ilə bağlı qarşımıza qoyduğumuz hədəflərə nail ola bilmişik”.

Qanunla.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Mahir Abbaszadə deyib.

“Büdcənin mədaxil hissəsinin təxminən 93% icra olunması, amma bunun ayrı-ayrı sahələr üzrə 95-99% icra edilməsi isə onu göstərir ki, Hökümət qarşısıya qoyduğu əsas hədəflərə nail ola bilib. 2021-ci ilin dövlət büdcəsinin icrası zamanı əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manatlıq vəsaitin ayrılmasıdır.

Müharibədən sonra İranla 130, Ermənistanla isə təxminən 200 kilometrlik sərhədin bərpa edilməsi, eyni zamanda Şuşaya aparan “Zəfər yolu”nun çəkilməsi, Füzulidə hava limanının açılışı, Zəngilanda Ağalı kəndinin bünövrəsinin qoyulması onu göstərir ki, biz bütün bu məsələlərin maliyyə təminatını qarşılaya bilmişik”, – deyə deputat bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki