image-qanunla-reklam
image-1653974024_1610598977262414397_1000x669

Meymunçiçəyi pandemiyaya çevrilə bilər? – ÜST-dən AÇIQLAMA

image-lady-day-az

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, hələlik meymunçiçəyinin Afrikadan kənarda intensiv yayılaraq pandemiyaya çevriləcəyinə görə narahatlığa əsas yoxdur.

“Qanunla.az” xəbər verir ki, qurumun meymunçiçəyi üzrə baş eksperti Rozamund Levis deyib: “Hələlik pandemiyaya görə narahat olmağa dəyməz. Bu xəstəliyin qarşısını geniş yayılmadan almaq mümkündür”.

ÜST bildirir ki, mayın 7-də Britaniyada ilk dəfə üzə çıxdıqdan sonra dünya üzrə 400-dək yoluxma faktı qeydə alınıb. Bu rəqəm narahatverici olsa da, narahatlığa əsas yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki