image-qanunla-reklam
image-eliyev-erdogan-tekno1

Prezidentlər qollarını çarpazladı: bu jestin mənası nədir?

image-lady-day-az

“Teknofest Azərbaycan” Festivalında Türkiyə və Azərbaycan prezidentləri, iki ölkənin birinci xanımları və Nobel mükafatı laureatı Əziz Səncərin bu fotosu sosial şəbəkələrdə geniş yayılıb.

Qanunla.Az xəbər verir ki, hər kəsin qürurla təqdim etdiyi bu fotoda Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev, Əminə Ərdoğan, Mehriban Əliyeva və Əziz Səncər qollarını çarpazlayaraq mesaj verirlər.

Qolları çarpazlamaq hansı mesajı özündə ehtiva edir və bunun mənası nədir?

Bu barədə saytımıza danışın Türkiyənin ölkəmizdəki keçmiş səfiri, məşhur və nüfuzlu diplomat Hulusi Kılıç deyib ki, bu, “Teknofest”in simvollarından biridir:

“Bu jest güvən, etimad, əmin-amanlıq mənasını verir. Sözügedən səhnə dünyaya verilən ən mənalı mesajdır. Prezidentlərin, birinci xanımların və Əziz Səncər bəyin birlikdə dünyaya verdiyi mesaj ölkələrimiz, türk dünyası və ortaq gələcəyimiz baxımından qürurverici görüntülər idi. Bundan sonra “Teknofest” daha da böyüyəcək, genişlənəcək və gənclər üçün elm yuvasına çevriləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki