image-qanunla-reklam
image-yenigundem_22e7e8a3ca69ab1bbb79dae7dd923b56_jlpqnr2zbo1k49sgfet5-620x460

Vətən müharibəsi şəhidi Elyəddin Cəfərovun xatirəsi anılıb – FOTO

image-lady-day-az

Milli Məclisin deputatı Anar Məmmədov rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri ilə birlikdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Elyəddin Cəfərovun doğum günündə məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib.

Qanunla.Az  xəbər verir ki, Anar Məmmədov şəhid ailəsinin qayğıları ilə maraqlanıb, şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləyib.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri də Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Elyəddin Cəfərov ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki