image-qanunla-reklam
image-284918110_5080328745350413_7269675957358597672_n

Zərdabda “Poliqon” Strateji İntellekt Oyunu üzrə Zərdab Rayon çempionatı keçirildi-FOTO

image-lady-day-az
28 may – Müstəqillik günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının, Zərdab Rayon Gənclər və İdman idarəsinin və Mərkəzi Aran Regional Təhsil idarəsinin Zərdab Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə gənc müəllimlər arasında “Poliqon” Strateji İntellekt Oyunu üzrə Zərdab Rayon çempionatı keçirildi.
Çempionatda Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının sədri, “Poliqon” Strateji İntellekt Oyununun müəllifi İlkin Əliyev və Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov iştirak və çıxış edərək oyunun yaranma tarixindən bəhs etdilər, iştirak edən komandalara uğurlar arzuladılar.
“Bayraqdar”, “İsaqbağı”, “Xarı Bülbül”, “Dəmir Yumruq”, “Zəfər”, və “Spin” komandalarının iştirak etdiyi intellekt oyununda “Zəfər” komandası 270 xalla I yeri, “Bayraqdar” komandası 265 xalla II yeri, “Dəmir Yumruq” komandası 230 xalla III yeri tutdu. Qaliblərə diplom və hədiyyələr təqdim olundu.
image-284918110_5080328745350413_7269675957358597672_nimage-284597833_5080328772017077_7757946704258772370_nimage-284586365_5080328695350418_6521623706888874194_nimage-284768982_5080329052017049_991185978574660871_nimage-284684833_5080329258683695_3440795584918346474_nimage-284689278_5080329335350354_5602928820370306793_nimage-284577569_5080329772016977_2931462435099425927_nimage-284570586_5080330022016952_5694351202558319223_nimage-284672245_5080330055350282_6311522111954561473_nimage-284841936_5080330088683612_8545856819437338442_nimage-284823614_5080330442016910_5196077206352703825_nimage-284571516_5080330438683577_8809458070993446979_nimage-284828478_5080330455350242_7263959144504880282_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki