image-qanunla-reklam
image-real-liverpul

“Real” Çempionlar Liqasının qalibi oldu

image-lady-day-az

Bu gün Çempionlar Liqasının finalında “Liverpul” – “Real” komandası ilə qarşılaşır.

Qanunla.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçda komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

“Liverpul”: Alisson, Aleksander-Arnold, Konate, Vircil van Deyk, Robertson, Fabinyo, Henderson, Alkantara, Diaz, Salah, Mane

Ehtiyat oyunçular: Kelleher, Milner, Keyta, Firmino, Qomez, Oksleyd-Çemberlen, Cons, Minamino, Jota, Tsimikas, Matip, Elliott

“Real”: Kurtua, Karvahal, Militao, Alaba, Mendi, Kazemiro, Kroos, Modriç, Valverde, Vinisius, Benzema

Ehtiyat oyunçular: Lunin, Naço, Hazard, Asensio, Marselo, Vaskes, Beyl, Sebalyos, Rodriqo, İsko, Diaz, Kamavinqa.

***

İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” komandaları arasında Çempionlar Liqasının final matçının startı təhlükəsizlik baxımından təxirə salınıb.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlamalı idi. Oyunun başlamasının növbəti elana qədər ən azı 15 dəqiqə gecikdiyi bildirilir.

***

İlk hissənin son dəqiqələrində Benzema hesabı açsa da, matçın baş hakimi oyundankənar vəziyyət qeydə aldı.

***

Vinisius görüşün 59-cu dəqiqəsində “Real”ı hesabda irəli çıxardı: 1-0.

***

“Real Madrid” “Liverpul”a 1-0 hesabı ilə qalib gələrək, Çempionlar Liqasının qalibi oldu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki