image-qanunla-reklam
image-1653738482-zoran-milanovic

İlham Əliyev xorvatiyalı həmkarını təbrik etdi

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçə təbrik məktubu göndərib.

“Qanunla.az”ın məlumatına görə, mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Xorvatiyanı dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir. Xoş ənənələrə əsaslanan əlaqələrimizin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əsasda səmərəli işbirliyimizin genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl surətdə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Xorvatiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo