image-qanunla-reklam
image-1653737137-1653679687_21e37331392d1d217081c8855be724bb

Laçında əsgərin vəfatı ilə bağlı cinayət işi başlanıldı

image-lady-day-az

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin  hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlunun 27 may 2022-ci il tarixdə Laçın rayonu ərazisində  qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində bədən xəsarətləri alaraq ölməsi barədə  Qubadlı Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında  əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər zəruri hərəkətlər icra edilib.

Bu  barədə “Qanunla.az”a Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat veriib.

Bildirilib ki, fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin  tələblərinə uyğun olaraq bütün tədbirlərin  görülməsi təmin ediləcəkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki