image-qanunla-reklam
image-1653650276-news_20220525025724

Yağan leysan yağışlar nəticəsində çaylarda sululuq artıb

image-lady-day-az

Yağan intensiv yağışlardan sonra Respublikanın əksər çaylarında sululuq artıb, Böyük və Kiçik Qafqazın bəzi çaylarından isə qısamüddətli daşqın və sel keçib.

“Qanunla.az” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

“Yağan intensiv leysan yağışlardan sonra Böyük Qafqazın ərazisindən axan Göyçay, Türyançay, Dəmiraparançay, Girdimançay, Pirsaatçay və Kiçik Qafqazın ərazisindən axan Gəncəçay, Əsrikçay, Axıncaçay çaylarından sel keçib”.

A.Verdiyev bildirib ki, Böyük Qafqazın cənub yamacından axan Göyçay, Türyançay və Girdimançaydan keçən sel nəticəsində mayın 26-27-də Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 135 sm, Surrada 108 sm, Şirvanda 80 sm, Salyanda 62 sm, Bankə məntəqəsində isə 10 sm artıb. Gün ərzində Kür çayında aparılan müşahidələrə əsasən çayda suyun səviyyəsinin artımı davam edir.

“Kürün aşağı axınında gündəlik aparılan monitorinqlərin nəticələri də onu göstərir ki, çayda şirinləşmə davam edir və Kür öz normal vəziyyətində dənizə axır”.

Xidmət rəsmisinin sözlərinə görə, həftənin sonunadək hava şəraitinin əsasən yağmursuz keçəcəyi ilə əlaqədar çaylarda sululuğun azalması, lakin Kür çayınınn aşağı axınında səviyyənin artımının davam edəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo