image-qanunla-reklam
image-1653585621-628fb5f0477a0628fb5f0477a11653585392628fb5f04779e628fb5f04779f

İlham Əliyev və xanımı Zəngilan məscidinin tikinti işləri ilə tanış oldular – YENİLƏNİB (FOTO)

image-lady-day-az

Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

Qanunla.Az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunub.

Rayonun işğaldan azad edilməsi nəticəsində buradakı tarixi, memarlıq abidələri də erməni əsarətindən qurtuldu. Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin restavrasiyası işləri sürətlə davam etdirilir.

Zəngilan məscidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə ötən il aprelin 26-da qoyulub, bərpa işləri fasiləsiz həyata keçirilir.

image-1653585621-628fb5f0477a0628fb5f0477a11653585392628fb5f04779e628fb5f04779f image-1653585738_16535847905297154006_1000x669 image-1653585738_1653584790342662076_1000x669 image-1653585739_16535847904391134201_1000x669 image-1653585739_16535847902724423774_1000x669 image-1653585739_16535847894129326062_1000x669 image-1653585739_16535847892459656195_1000x669


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki