image-qanunla-reklam
image-1653566481_281543312_1217317872341462_4285366096650468939_n

Könüllülər üçün “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim keçirilib – FOTOLAR

image-lady-day-az

Könüllülər üçün Ailə, Qadın və Uşaq Probelmləri üzrə Dövlət Komitəsində növbəti dövr üçün tədbirlər davam etdirilir.

Avropa İttifaqının inkişaf üzrə eksperti, Azərbaycan Dillər Universitetinin və Azərbaycan Texniki Universitetinin müəllimi Orxan Nəbiyev tərəfindən könüllülər üçün “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim keçirilib.

Qanunla.Az  xəbər verir ki, təlimin məqsədi səmərəli və faydalı layihənin idarə edilməsi və başa çatdırılması üçün lazımi bilik, bacarıq və üsullarla təmin edilməsi olub. İştirakçılar effektiv layihə idarəetmə təcrübələri və həmin təcrübələrlə əlaqədar proseslər haqqında məlumatlandırılıblar.

Təlim zamanı gənclərlə mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Dövlət Komitəsində könüllülük proqramı çərçivəsində görüşlər və təlimlər davam etdiriləcək.

İslahat.az

 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo