image-qanunla-reklam
image-282097971_5490884300922158_1416992371391284793_n

Bəyimli qəsəbəsinin yolları bərpa edildi –SAKİNLƏR TƏŞƏKKÜR ETDİLƏR

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə regionların sosial-iqisadi inkişafı Dövlət Proqramları tərtib olunarkən bu proqramlarda yol infrastrukturunun inkişafına geniş yer verilib. Zərdab şəhəri ərazisində və qəsəbələrində abadlıq və tikinti-quruculuq işləri davam etdirilir.Qəsəbələrə gedən yarasız yollar ağır texnika vasitəsilə hamarlaşdırır çınqıllı daşlarla möhkəmləndirilərək yenidən qurulur.

Qanunla.Az xəbər verir ki,Ucar, Zərdab, Ağcəbədi Respublika əhəmiyyətli yolun R-32 (26km) ayrılan Zərdab rayon Bəyimli qəsəbəsinə gedən ‘VI- texniki ‘ dərəcəli çınqıl örtüklü 14 km olan yerli əhəmiyyətli avtomobil yolu çınqıl materialı verilməklə başdan-başa qreydirlənərək hərəkətin təhlükəsizliyi təmin olunmuşdur.

Təkcə son illərdə rayonda bir çox yollayihəsi həyata keçirilib.Sakinlər bildirdilərlər ki, xəstəmiz olanda yolun bərbad vəziyyət olduğundan təcili yardım maşını vaxtı-vatında gəlib çıxa bilmirdi.Çala-çuxurlu yoldan istifadə edən sürücülər yoldakı vəziyyətdən təngə gəlmişdilər.Yayda tozdan, qışda palçıqdan keçilməz olmuşdu yolumuz. Sakinlər yolun bərpasına görə,Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədova,Zərdab rayon İcra hakimiyyətinin başçısı cənab Mərdan Camalzadəyə və Zərdab rayon yol idarəsinin müdiri Güloğlan Əliyevə təşəkkür ediblər.

Qeyd edək ki, Zərdab rayon yol idarəsinin müdiri Güloğlan Əliyev qısa bir vaxtda təyin olunmasına baxmayaraq gördüyü işlər çox təqdirə layiqdir.

Qanunla.Az   Vüqar Rəhimov 

image-282097971_5490884300922158_1416992371391284793_n

image-282235414_433322645274392_1587713853389356656_nimage-283546564_562202652288971_3151355417924238835_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo