image-qanunla-reklam
image-1606842299-modern-az_nazirler_kabineti-1_7

Rəqabət Məcəlləsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi

image-lady-day-az

İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin beynəlxalq təcrübəyə əsaslanmaqla hazırladığı Rəqabət Məcəlləsinin yeni layihəsini müvafiq dövlət qurumlarının müsbət rəyi alaraq Nazirlər Kabinetinə təqdim edib.

“Qanunla.az” bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir. Layihədə həmçinin, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da əksini tapıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo